Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ərdoğan Azərbaycan Prezidentinə Xarıbülbül təsviri olan saatlar hədiyyə edib

© Official website of President of Azerbaijan RepublicƏrdoğan Azərbaycan Prezidentinə Xarıbülbül təsviri olan saatlar hədiyyə edib
Ərdoğan Azərbaycan Prezidentinə Xarıbülbül təsviri olan saatlar hədiyyə edib - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Abunə olmaq
Türkiyə Prezidenti 2021-ci il iyunun 15-də Şuşada səfərdə olub. Həmin gün Azərbaycan və Türkiyə liderləri Şuşa şəhərində bəyannamə imzalayıblar.
BAKI, 26 oktyabr - Sputnik. Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üstündə Xarıbülbül təsviri olan saatlar hədiyyə edib. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, qardaş ölkənin lideri üstündə Şuşanın simvolu sayılan Xarıbülbülün əks olunduğu qol saatlarını Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra keçirilən görüşdə Azərbaycanın dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev deyib: "Təşəkkür edirəm. Gəlin, yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. Xarıbülbül təsviri də üstündə".
Rəcəb Tayyib Ərdoğan: "Biz Şuşaya səfər etdik. Saatların üstündə Şuşa var, Xarıbülbül də Şuşanın simvoludur".
Prezident İlham Əliyev: "Bəli, elədir. Çox sağ olun, təşəkkür edirəm!"
Qeyd edək ki, R.T.Ərdoğan 2021-ci il iyunun 15-də Şuşada səfərdə olub. Həmin gün Azərbaycan və Türkiyə liderləri Şuşa şəhərində bəyannamə imzalayıblar.
Xəbər lenti
0