QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağ necə qazlaşdırılacaq? Rəsmi açıqlandı

© AFP 2023 / MYCHELE DANIAUMətbəxdə qaz plitəsi, arxiv şəkli
Mətbəxdə qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
Baş direktor qeyd edib ki, artıq magistral şəbəkənin layihələndirilmə prosesi gedir və qazlaşdırmasına gələn ildən başlanıla bilər.
BAKI, 22 oktyabr — Sputnik. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin qazlaşdırılması ilə bağlı proqram artıq hazırdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən "Açıq qapı" aksiyasında bildirib. Onun sözlərinə görə, bu proqram 4 mərhələdə həyata keçiriləcək.
"Qazlaşdırmanın I mərhələsi Füzuli - Ağoğlan - Şuşa istiqamətini əhatə edəcək. II mərhələdə Ağdam rayonu qazlaşdırılacaq. III mərhələdə Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarına, IV mərhələdə isə Kəlbəcər rayonuna qaz çəkiləcək", - deyə o, qeyd edib.
Baş direktor qeyd edib ki, artıq magistral şəbəkənin layihələndirilmə prosesi gedir və qazlaşdırmasına gələn ildən başlanıla bilər.
Ölkə üzrə 2022-ci ilin qazlaşdırma planı da artıq təsdiqlənmək üzrədir. Ruslan Əliyev məlumat verib ki, planın təsdiqlənmə prosesi hələ tam başa çatmayıb: "2022-ci ilin qazlaşdırma planını sosial media üzərindən paylaşmaq fikrimiz var. Vətəndaşlar konkret olaraq bilsin ki, 2022-ci ildə hansı massiv və ərazilər qazlaşdırılacaq. Çünki bu barədə suallar həddən artıq çox olur".
Ruslan Əliyev qeyd edib ki, hazırda proqram bağlanıb, lakin ona yenidən baxıla və hansısa ərazilər əlavə edilə bilər.
Eləcə də oxuyun:
* Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsi köçürüləcək
* İşğaldan azad olunmuş ərazilərdə çirklənmiş çaylar təmizlənəcək
* Talış kəndinə təzə yol çəkilir
* Şuşa şəhərinin su təchizatı təmin edilib
Xəbər lenti
0