CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağdam Dram Teatrının və Füzulidəki "Araz" nəşriyyatının binaları konservasiya olunacaq

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçid"Araz" qəzetinin redaksiyasının dağıdılmış binası
Araz qəzetinin redaksiyasının dağıdılmış binası - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
İndiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 385 tarix-mədəniyyət abidəsinə baxış keçirilib.
BAKI, 22 oktyabr — Sputnik. "İşğaldan azad olunan ərazilərdə yerləşən bir sıra abidələrin konservasiyası nəzərdə tutulur". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə yerləşən bir sıra abidələrin konservasiya olunacağı gözlənilir:

"Əvvəlki tarixi siması qaytarılması mümkün olmayan tarixi binalar adətən konservasiya olunur. Hesab edirik ki, Ağdam Dram Teatrı bu xüsusdandır və onun konservasiyası nəzərdə tutulur. Digər bu kimi binalara nümunə olaraq Füzuli rayonunda yerləşən "Araz" nəşriyyatını göstərə bilərik".

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 144 obyektin* (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb. Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilib.
Məlumat üçün bildirək ki, indiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 385 tarix-mədəniyyət abidəsinə baxış keçirilib.
Xəbər lenti
0