Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Emin Xəzərin sahilində qış konserti verəcək

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidMüğənni Emin Ağalarov
Müğənni Emin Ağalarov - Sputnik Azərbaycan, 1920, 20.10.2021
Abunə olmaq
Məşhur ifaçı pərəstişkarlarına köhnə və yeni mahnılarını təqdim edəcək. Konsertə giriş yalnız COVID pasportu, ya da immun sertifikatı əsasında mümkündür.
BAKI, 20 oktyabr - Sputnik. Müğənni Emin Ağalarov pərəstişkarlarını dekabrın 25-də Bakıda, Xəzərin sahilində verəcəyi konsertə dəvət edir.
Bu barədə Sputnik Azərbaycan-a müğənninin mətbuat xidmətindən məlumat verib.
Bu ilin avqustunda Emin iki illik fasilədən sonra bakılı pərəstişkarları ilə özünün Sea Breeze Event Hall konsert salonunda görüşdü. Karantinə görə konsertdə cəmi 150 nəfər iştirak edə bildi. Müğənnini sevənlərin çoxu konsertə gələ bilmədiyindən Emin yenidən vətəndə çıxış etməyə qərar verib. Vaxtı da təsadüfən seçməyib - ənənəvi olaraq o, Bakıda dekabr ayında konsertlər verirdi.
Proqrama onun sevilən hitləri ilə yanaşı, yeni mahnıları da daxil edilib.
Qeyd olunur ki, konsertə giriş yalnız COVID pasportu, ya da immun sertifikatı əsasında mümkündür.
Emin hazırda yeni kompozisiyalar üzərində işləyir. Ola bilər ki, bunlardan bəzilərini Bakıda verəcəyi konsertdə təqdim etsin.
Eləcə də oxuyun:
* Cavan Zeynallı: hər dəfə pianonun arxasında oturanda yenidən doğulmuş kimi oluram
* "Qaya", H.O.S.T, "Aşıqlar" - bir zamanların məşhur qruplarının dağılmasının səbəbi nədir?
* Azərbaycanlı müğənni qaradərili obrazında
* Çingiz Mustafayev moskvalılar üçün konsert verdi
Xəbər lenti
0