Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanlılar daha çox oxumağa başlayıblar - ekspert

Abunə olmaq
Son bir neçə ildə Azərbaycanda kitaba maraq artıb. Azərbaycanlı yazıçılar Sputnik Azərbaycan-a müsahibələrində bu barədə danışıblar.
Tərcüməçi, Azərbaycan Yazıçılar birliyinin üzvü, yazıçı Eyyub Qiyasın sözlərinə görə, müsbət tendensiyaya baxmayaraq, bu istiqamətdə hələ görüləsi işlər var. Ölkədə kitaba olan münasibət kökündən dəyişməlidir, bu həm qanunvericiliyə, həm də oxuculara aiddir. Xüsusilə vergilər və kitabların qiymətləri aşağı salınmalıdır.
“Kitabların ucuzlaşması üçün bəzi vergiləri ləğv etmək lazımdır. Kitab mağazaları və nəşriyyatlar üçün vergilər ya ləğv olunmalı, ya da yüngülləşdirilməlidir. Gömrük rüsumları ləğv edilməlidir", - Eyyub Qiyas bildirib.
Sputnik Azərbaycan-ın digər həmsöhbəti, şeir məcmuələrinin və romanların müəllifi, tərcüməçi Cəlil Cavanşir bu gün detektiv hekayələrə və uşaq ədəbiyyatına ölkədə böyük tələbat olduğunu bildirib.
"Kitabın təbliğatını və yayılmasını müasir tələblər səviyyəsinə qaldırmaq üçün lazımi islahatlar aparılmalı, oxucunu kitaba qaytarmaq üçün hərtərəfli bir proqram yaradılmalıdır", - yazıçı deyib.
Xəbər lenti
0