https://sputnik.az/20211019/olke-bascisi-avropa-ttifaqinin-xususi-numayendesini-qebul-edib-434359567.html
Ölkə başçısı Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
Ölkə başçısı Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
Sputnik Azərbaycan
Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyi... 19.10.2021, Sputnik Azərbaycan
2021-10-19T12:23+0400
2021-10-19T12:23+0400
2021-10-19T13:25+0400
azərbaycan xəbərləri
görüş
avropa ittifaqı
prezident ilham əliyev
qəbul
xüsusi nümayəndə
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434364586_0:283:3138:2048_1920x0_80_0_0_ff0a408c6335b1990794fcfea3ddb50a.jpg
BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib.Söhbət zamanı bu ilin iyul ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfərinə toxunularaq səfər zamanı Prezident İlham Əliyevlə Şarl Mişel arasında keçirilən görüşün Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.Görüşdə Avropa İttifaqının regionda sabitliyin və sülhün möhkəmləndirilməsi, etimad mühitinin formalaşdırılması işinə töhfə verməyə hazır olduğu vurğulanıb.Söhbət zamanı, həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn Zirvə toplantısı barədə fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434364586_407:0:3138:2048_1920x0_80_0_0_b8a4b68a7712726fcf48185f61b4bc53.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
görüş, avropa ittifaqı, prezident ilham əliyev, qəbul, xüsusi nümayəndə
görüş, avropa ittifaqı, prezident ilham əliyev, qəbul, xüsusi nümayəndə
Ölkə başçısı Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
12:23 19.10.2021 (Yenilənib: 13:25 19.10.2021) Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib.
BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib.
Söhbət zamanı bu ilin iyul ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfərinə toxunularaq səfər zamanı Prezident İlham Əliyevlə Şarl Mişel arasında keçirilən görüşün Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.
Görüşdə Avropa İttifaqının regionda sabitliyin və sülhün möhkəmləndirilməsi, etimad mühitinin formalaşdırılması işinə töhfə verməyə hazır olduğu vurğulanıb.
Söhbət zamanı, həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn Zirvə toplantısı barədə fikir mübadiləsi aparılıb.