Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib

© AFP 2023 / MARTIN BUREAUHəkim, arxiv şəkli
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Abunə olmaq
2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 425 yerdən ibarət olub.
BAKI, 18 oktyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı bir ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib.
Mərkəzdən Sputnik Azərbaycan-a bildirilib ki, rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.
Qeyd edək ki, 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 425 (onlardan 32 plan yeri Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuşdur) yerdən ibarət olub.
Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatmışdır. Rezidenturaya qəbul olmuş namizədlərdən 14 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilmişdir (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).
Aşağıda boş qalan plan yerləri təqdim olunur.
2021/2022-ci tәdris ili üçün rezidenturanin boş qalan yerlәrinə qəbul aparılan ixtisaslar:
Azərbaycan Tibb Universiteti
311269 - Daxili xəstəliklər - 1
311382 - Fizioterapiya və tibbi bərpa - 1
311658 - Gigiyena - 1
311666 - Epidemiologiya - 1 -
*311593 - Sosial gigiyena və səhiyyənin təşkili - 1
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
313326 - Narkologiya - 2
313423 - Gigiyena - 1
Naxçıvan Dövlət Universiteti
361116 - Anesteziologiya- reanimatologiya - 2
361124 - Ümumi cərrahiyyə - 2
361173 - Psixiatriya - 1
361246 - Hematologiya - 1
361287 - Ftiziatriya - 1
361368 - Neonatologiya - 1
Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: "Rezidentura" jurnalı №1, 2021, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 oktyabr 2021-ci il saat 11:00-dən 19 oktyabr 2021-ci il saat 14:00-dək https://eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.
QEYD 1. * - işarəsi qoyulmuş ixtisaslara müsabiqə "Rezidentura üzrə ixtisas seçimi cədvəli"nə (bax: "Rezidentura" jurnalı №3, 2021, səh.6-7) müvafiq olaraq aparılır.
QEYD 2. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.
Xəbər lenti
0