CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astara sakinindən beş kiloqramdan çox narkotikə bənzər maddə götürülüb

© State Border Service of Azerbaijan RepublicDövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş "Ağgöl" sərhəd zastavası kompleksi
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş Ağgöl sərhəd zastavası kompleksi - Sputnik Azərbaycan, 1920, 16.10.2021
Abunə olmaq
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir
BAKI, 16 oktyabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti əra­zisində Bəhrəmtəpə-Biləsuvar avtomagistral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu ərazidə hərəkətdə olan ağ rəngli "Mersedes-Benz" markalı 10-UL-622 dövlət nömrə nişanlı avto­mobil saxlanılıb.
DSX-nin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, avtomobilin sərnişininin Astara rayon sakini 1992-ci il təvəllüdlü Nəsirov Qismət Tahir oğlu olması müəyyənləşdirilib, ona məxsus bağla­maya baxış zamanı içərisində ümumi çəkisi 5 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb.
Bundan başqa, Sərhəd Qoşun­larının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Məsçidməhəllə kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı içərisində ümumi çəkisi 550 qram "tiryək" narkotik vasitəsinə bənzər maddə və 100 ədəd Tamol-x 225 psixotrop tərkibli dərman preparatları aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbər lenti
0