DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

MDB-də COVID-19 sertifikatlarının tanınması ilə bağlı təkliflər hazırlanır

© Sputnik / Murad OrujovCOVID-19 sertifikatı, arxiv şəkli
COVID-19 sertifikatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
Müstəqil Dövlətlər Birliyinin səhiyyə sahəsində əməkdaşlıq Şurası COVID-19 əleyhinə peyvənd sertifikatlarının qarşılıqlı tanınması təşəbbüsünü dəstəkləyib
BAKI, 14 oktyabr — Sputnik. Müstəqil Dövlətlər Birliyinin səhiyyə sahəsində əməkdaşlıq Şurasının növbəti iclası Minskdə keçirilib.
Sputnik Azərbaycan MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, görüş iştirakçıları MDB məkanında səhiyyə sahəsində geniş əməkdaşlıqla bağlı 26 məsələni müzakirə ediblər.
İclas zamanı, xüsusən, 30 illik dövr ərzində Birliyin iştirakçı dövlətləri tərəfindən əlaqələndirilmiş əməkdaşlıq sistemi qurulduğu, səhiyyə və sanitariya-epidemioloji rifah sahəsində çevik əlaqələri inkişaf etdirməyə imkan verən işlək hüquqi baza yaradıldığı vurğulanıb. Qeyd edilib ki, ölümün əsas səbəbi olan xroniki qeyri-yoluxucu xəstəliklərin sayının sürətlə artması, COVID-19 kimi yeni yoluxucu xəstəliklərin ortaya çıxması MDB ölkələrinin Səhiyyə nazirliklərinin səylərinin birləşməsini və yeni qərarların qəbul edilməsini şərtləndirir.
İclasda fövqəladə hallarda zərərçəkənlərə psixoloji və psixiatriya yardımının göstərilməsinin təşkili, yoluxucu xəstəliklərin yayılmasına qarşı mübarizə, ictimai sağlamlıq və sağlamlığın informasiyalaşdırılması sahəsində əməkdaşlıq, teletibb transsərhəd qarşılıqlı fəaliyyətin inkişafı ilə bağlı məsələlər nəzərdən keçirilib.
MDB ölkələrinin nümayəndələri sanitariya-epidemioloji xarakterli fövqəladə hallar zonasında birgə iş üçün sanitariya və epidemioloji profilli təşkilatların mütəxəssislərinin reyestrinin formalaşdırılması Qaydasını, mikroblara qarşı dayanıqlılıq üzrə birgə fəaliyyət Planı və bu məsələ üzrə MDB Hökumət Başçıları Şurasının Qərarının layıhələrini təsdiq ediblər, Rusiya tərəfinin səhiyyə sistemlərinin bioloji və sosial xarakterli fövqəladə hallara reaksiyası məsələlərinə dair beynəlxalq veb-konfransın və dövlətlərarası komanda-qərargah təliminin keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyiblər.
Şura COVID-19 əleyhinə peyvənd sertifikatlarının (sənədlərin) qarşılıqlı tanınması təşəbbüsünü də dəstəkləyib. Bununla əlaqədar olaraq, MDB iştirakçı dövlətlərində sertifikatların tanınmasının şərtləri və qaydası ilə bağlı təkliflərin hazırlanması üzrə İşçi Qrupunu yaratmaq qərara alınıb.
Xəbər lenti
0