CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılır

© Official website of President of Azerbaijan RepublicDOST mərkəzi, arxiv şəkli
DOST mərkəzi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
Əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının genişlənməsi və cəmiyyətə tanıdılmasına öz töhfəsini verən bu fəaliyyətin çevrəsinin bütün DOST mərkəzləri üzrə genişlənməsi nəzərdə tutulur.
BAKI, 6 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST mərkəzlərinin fəaliyyətindən bəhs edib.
O, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlərinin "bir pəncərə"dən, operativ, tam şəffaf və müasir, innovativ əsasda, nəzakətli şəkildə təqdim edilməsinə imkan yaratdığını vurğulayıb.
Qeyd olunub ki, 2019-cu ilin may ayından bəri DOST Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb, paytaxtın bütün rayonları və Abşeron rayonu DOST xidmətləri ilə əhatə olunub. 155 xidmətin təqdim edildiyi həmin mərkəzlərdə ötən dövrdə 537 min vətəndaşa xidmət göstərilib və həmin xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Əhali Fondu tərəfindən birgə icra olun "Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi" layihəsi çərçivəsində yaradılan İnklüziv İncəsənət Məktəbindən danışılıb. Bildirilib ki, 4 saylı Bakı DOST Mərkəzində yerləşən bu məktəbdə əlilliyi olan tələbələrə əlilliyi olmayan tələbələrlə birlikdə rəsm, toxuculuq və ağac üzərində oymaçılıq üzrə bilik və bacarıqlar öyrədilir.
Ümumilikdə inklüziv inkişaf və yaradıcılığa dəstək verən, əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının genişlənməsi və cəmiyyətə tanıdılmasına öz töhfəsini verən bu fəaliyyətin çevrəsinin bütün DOST mərkəzləri üzrə genişlənməsi nəzərdə tutulur.
Bu məqsədlə də DOST Agentliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılması qərara alınıb.
Xəbər lenti
0