Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İncəsənət xadimlərinə Prezident təltifləri təqdim olunub

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
Səməd Vurğun adına Rus Dram Teatrının bir qrup əməkdaşına və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirildiyi vaxt və məkan təsadüfi deyil.
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq Səməd Vurğun adına Rus Dram Teatrının bir qrup əməkdaşına və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu mərasimin keçirilməsi çoxdan planlaşdırırılsa da, pandemiya səbəbilə proses yarımçıq qalıb.
Onun sözlərinə görə, tədbirin keçirilməsində seçilən məkan və vaxt da təsadüfü deyil:

"Özümüz istədik ki, mükafat mərasimini Azərbaycan mədəniyyətini ən gözəl şəkildə təqdim edən İncəsənət muzeyində keçirək. Bilirsiniz, bu gün müəllimlər günüdür. Mən incəsənət xadimlərini müqəddəs müəllimlik peşəsindən ayırmıram. Müəllimlər şagirdlərə elmi, incəsənət xadimləri isə cəmiyyətə mədəniyyəti təqdim edir. Mən hesab edirəm ki, Azərbaycanın ən gözəl səfirləri mədəniyyət xadimləridir. Çünki onlar xaricdə də ölkəmizi mədəniyyət vasitəsilə təbliğ edirlər".

A.Kərimov ölkə rəhbərinin mədəniyyət xadimlərini daim diqqət mərkəzində saxladığını bildirib:

"Prezident İlham Əliyev səhnə arxasında mədəniyyət xadimləri ilə daim görüşlər keçirirdi. Söhbət zamanı tamaşalarla bağlı öz təkliflərini irəli sürürdü. Bu gün teatr xadimlərinə göstərilən diqqət onu göstərir ki, Azərbaycan hakimiyyəti teatra yüksək qiymət verir".

Daha sonra mədəniyyət naziri Anar Kərimov mükafatları təqdim edib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Təltif olunanların siyahısını təqdim edirik:
"İstiqlal" ordeni
Qasımova Xuraman Əkrəm qızı
"Şərəf" ordeni
Kərimova Flora Ələkbər qızı
"Əməkdar artist" fəxri adı
Ağayeva Həcər Maqsud qızı
Dubovitskaya Mariya Aleksandrovna
Əmirbəyov Oleq Arnoldoviç
Hacıyeva Natavan Nizami qızı
İmranova İnna Aleksandrovna
Kimaşeva Bella Vladislavovna
Məmmədov Murad Məmməd oğlu
Omelçenko Yuri Vladimiroviç
Rəhimov Teymur Əsgər oğlu
Sokolenko Milana Aleksandrovna
"Əməkdar mədəniyyət işçisi" fəxri adı
Məmmədov İlham Əli İslam oğlu
3-cü dərəcəli "Əmək" ordeni
Baliyeva Natalya Gennadyevna
Əmirbəyova Rita Cəmil qızı
"Tərəqqi" medalı
Lerman Viktoriya Anatolyevna
Rudıçev Nikolay Nikolayeviç
Saprıkina Lyudmila Qennadiyevna
Xəbər lenti
0