Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı modelyer Parisdə "Sumax"la parladı

© Depositphotos.com / Martinkay19Model
Model - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Abunə olmaq
Azərbaycanlı dizaynerin “Sumax” adlı möhtəşəm kolleksiyası Parisdə təqdim edilib.
BAKI, 3 oktyabr — Sputnik. Dünyaca məşhur azərbaycanlı dizayner, "AFFFAIR" markasının təsisçisi Rüfət İsmayıl Paris moda həftəsi çərçivəsində “Haute Couture Sumakh” kolleksiyasını təqdim edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, dizayner kolleksiyanı Azərbaycan xalçalarının gözəlliyindən, əvəzolunmaz zərifliyindən, Qarabağ xalça məktəbinin nümunələrindən ruhlanaraq ərsəyə gətirib.
© Photo : Rufat İsmayıl “Sumax” adlı kolleksiyası
“Sumax” adlı  kolleksiyası  - Sputnik Azərbaycan, 1920, 03.10.2021
“Sumax” adlı kolleksiyası
Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Sumax” kolleksiyasına Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir.
Modelyer ruhunu, gücünü və sevgisini bu möhtəşəm layihənin yaradılmasına sərf etdiyini bildirib.
Azərbaycan xalçaçılıq sənətinin gözoxşayan çalarlarını özündə əks etdirən kolleksiya böyük maraqla qarşılanıb.
Gülnarə Xəlilova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.09.2021
CƏMİYYƏT
Gülnarə Xəlilovanın "Qarabağ Azərbaycandır!" kolleksiyası beynəlxalq moda sərgisində
“Haute Couture Sumakh” kolleksiyasının bundan sonra Moskvada, Bakıda və Nyu-Yorkda nümayişi planlaşdırlır.
Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir.
Qeyd edək ki, modelyer Türkiyə Moda Dizaynerləri Assosiasiyası tərəfindən “Türkiyənin ən yaxşı dizayneri-2018” mükafatına layiq görülüb. Onun geyimləri Nyu-York Moda Həftəsində nümayiş olunub.
Xəbər lenti
0