Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Turu: Teymur Rəcəbov Karlsenə, Şəhriyar Məmmədyarov Giriyə qalib gəlib

© Photo : FIDE / David LladaШахрияр Мамедьяров и Теймур Раджабов, фото из архива
Шахрияр Мамедьяров и  Теймур Раджабов, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
Azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov Çempionlar Turunda şahmat dahilərini məğlub ediblər.
BAKI, 2 oktyabr - Sputnik. Norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində bu gün VII turun görüşləri keçirilir.
Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov dünya çempionu Karlsenlə üz-üzə gəlib. Report xəbər verir ki, görüş Rəcəbovun qələbəsi ilə yekunlaşıb - 3:1.
İlk 2 görüşünü heç-heçə ilə başa vurmuş 34 yaşlı qrossmeyster sonrakı 2 qarşılaşmasından qələbə ilə ayrılıb. Nəticədə Rəcəbov 3:1 hesablı qalibiyyət əldə edib.
Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Giri ilə qarşılaşıb. Məmmədyarov birinci və üçüncü görüşlərini qələbə, ikinci görüşünü heç-heçə ilə başa vurub. Nəticədə dördüncü duelə ehtiyac olmayıb və azərbaycanlı qrossmeyster 2,5:0,5 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmalarda polşalı Yan-Kşiştof Duda rusiyalı Vladislav Artemyevi üstələyib - 2,5:1,5. Ermənistanlı Levon Aronyan isə ABŞ təmsilçisi Uesli Sodan üstün olub.
Hazırda fransalı Maksim Vaşye-Laqrav ilə ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura arasında görüş davam edir.
Xəbər lenti
0