DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada hər dəqiqə COVID-19-dan beş nəfər ölür

© AFP 2023 / MONEY SHARMAПохороны умершего от Covid-19 в Индии
Похороны умершего от Covid-19 в Индии - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
Son 8 ayda COVID-19-dan ölüm halı bir il ərzində bu virusdan ölənlərin ümumi sayına bərabərdir. hazırda "Delta" ştammı dünyada dominantlıq edir.
BAKI, 2 oktyabr — Sputnik. Son sutka ərzində dünyada COVID-19-dan dünyasını dəyişənlərin sayı 5 milyonu ötüb.
Sputnik Azərbaycan-ın "Reuters"ə istinadən xəbərinə görə, son yeddi gündə COVID-19-dan daha çox ölüm halı ABŞ, Rusiya, Braziliya, Meksika və Hindistanda qeydə alınıb. Təkcə ötən gün ərzində Rusiyada 887 ölüm halı qeydə alınıb. Vaksinlə bağlı yayılan dezinformasiyalarla mübarizə aparan ABŞ-da isə ötən gün 700 000-dən artıq ölüm halı qeydə alınıb.
Virusun yayılmağa başladığı 1 il ərzidə COVID-19-dan ölüm 2.5 milyon idisə, son 8 ayda bu virusdan ölüm halı 2.5 milyon olub. Bu isə o dmeəkdir ki, daha öncəki illə müqayisədə son 8 ayda virusun dinamikasında artım gözə çarpıb.
Məlumata görə, son həftə ərzində gündəlik olaraq 8 min ölüm halı qeydə alınıb ki, bu da bir dəqiqədə COVID-19-dan 5 nəfərin ölməsi deməkdir. Lakin daha öncəki həftələrlə müqayisədə son həftədə COVID-19-dan ölüm halının nisbətən azaldığına da diqqət çəkilib.
Ölümlərin səngiməməsinə səbəb olaraq isə bir çox şəxsin hələ də tək doza vaksin vurdurduğu, vaksinə inamsızlıq və kasıb ölkələrdə isə vaksinləşmə probleminin olması qeyd olunub.
Qeyd edək ki, hazırda virusun "Delta" ştammı dünyada dominantlıq edir. "Delta" artıq dünyanın 194 ölkəsindən 187-də yayılıb.
Xatırladaq ki, ötən gün açıqlanan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 689 yeni yoluxma faktı qeydə alınIb, 1816 nəfər müalicə olunaraq sağalıb.
Xəbər lenti
0