Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Uzun ayrılıqdan sonra "sənət məbədləri" tamaşaçılara nə vəd edir?

© Sputnik / Murad Orujov Opera və Balet Teatrı
 Opera və Balet Teatrı  - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Abunə olmaq
Oktyabrın 1-dən teatr, kinoteatr və konsert zalları açıq elan ediləcək. Aylardır ki, bu xəbəri gözləyən teatrlarımız tamaşaçıların qarşısına hansı repertaurla çıxacaqlar? Sputnik Azərbaycan ölkənin ən məşhur teatrları arasında sorğu keçirib.
BAKI, 30 sentyabr — Sputnik. Mədəniyyət nazirliyinin Operativ qərargahla apardığı konstruktiv danışıqlar nəticəsində oktyabrın 1-dən teatr, kinoteatr və konsert zalları açıq elan ediləcək. Aylardır ki, bu xəbəri gözləyən teatrlarımız tamaşaçıların qarşısına hansı repertaurla çıxacaqlar? Sputnik Azərbaycan ölkənin ən məşhur teatrları arasında sorğu keçirib. Opera və Balet Teatrı oktyabr ayında həm yerli, həm də xarici müəlliflərin əsərlərinə müraciət edib.
Teatrın mətbuat katibi Şükufə Ağamirzəyevanın sözlərinə görə, oktyabr ayında teatrlar yeni tamaşalarla tamaşaçıların görüşünə gələcəklər. Ağamirzəyeva bildirir ki, artıq məşqlərə başlanılıb. İlk tamaşa oktyabr ayının 9-da baş tutacaq:

"Rus bəstəkarı Alexandr Borodinin "Qıpçaq rəqsləri" baletinin tamaşası hazırlanır. Birpərdəli tamaşanın primyerası olacaq. Həmin gün başqa bir birpərdəli tamaşa olacaq. Nikolay-Rimski Korsakovun "Şəhrizad" baleti də göstəriləcək".

Bundan başqa, oktyabrın 10-da Fikrət Əmirovun "Sevil" operası, oktyabrın 16-da Müslüm Maqomayevin "Şah İsmayıl", 27-də Üzeyir Hacıbəyovun "Arşın mal alan", 31-də "Leyli və Məcnun tamaşası nümayiş olunacaq. Bundan əlavə, klassik opera tamaşaları - Cüzeppe Verdinin "Trubadur" və "Aida" operası da nümayiş olunacaq.

"Teatrda Nizami Gəncəvinin 880-illiyi ilə əlaqədar Fikrət Əmirovun "Nizami" baleti yeni versiyada nümayiş olunacaq. Noyabrda həmin tamaşanın primyerası keçiriləcək", - deyə mətbuat katibi bildirib.

Xatırladaq ki, Opera və Balet Teatrı bu yaxınlarda Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası ilə tamaşaçıları sevindirdi. Bu, pandemiyadan sonra Azərbaycanda nümayiş olunan ilk tamaşa idi.
© Sputnik / Murad OrujovOpera və Balet teatrı
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920, 29.09.2021
Opera və Balet teatrı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Rüstəmova bildirib ki, Oktyabr ayının 1-dən sonra tamaşalar üzərində məşqlərə və bərpa işlərinə başlanılacaq:

"İlyarım onlayn rejimdə çalışan teatr birdən-birə kütləvi tamaşaların nümayişinə başlaya bilməz. Bunun üçün yaradıcı və texniki heyət, ümumiyyətlə, bütün teatr kollektivi müəyyən hazırlıq mərhələsindən keçməlidir. Bütün bu proseslərdən sonra numayişini nəzərdə tutduğumuz tamaşalar haqqında sosial şəbəkə hesablarımızda teatrsevərlərə ətraflı məlumatlar veriləcək".

© Photo : Azerbaijan State Musical TheaterAzərbaycan Dövlət Akademik Musiqili Teatrı
Азербайджанский Государственный Музыкальный Театр - Sputnik Azərbaycan, 1920, 29.09.2021
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib ki, oktyabrın birindən etibarən cari repertuarda olan tamaşaların məşqlərinə başlanılacaq. Bu tamaşalar iki ilə yaxındır ki oynanılmır. Səhər və axşam olmaqla, intensiv məşqlərə ehtiyac var:

"Bu, ilkin mərhələdə bizim təxminən 15-20 günümüzü alacaq. İlk olaraq "Ölülər", "Şah Qacar", "Cəhənnəm sakinləri", "Qətibə İnanc", "Ah, bu uzun sevda yolu", "Almaz", "Sinif yoldaşları", "Bir, iki, bizimki" tamaşalarının məşqləri başlanacaq. Oktyabrın 15-dən etibarən tamaşaçı qarşısına çıxmağı planlaşdırırıq. Teatrın yaradıcı və texniki işləri qaydasına düşənədək, yəni noyabrın əvvəlinə qədər tamaşalar şənbə bazar günləri təqdim olunacaq. Noyabr ayından etibarən isə ənənəvi repertuar və qrafik üzrə işimizi davam edəcəyik. Biletlərin qiymətinin artırılması ilə bağlı isə, məsələ müzakirə olunmur".

© Sputnik / Murad OrujovAkademik Milli Dram Teatrı
Азербайджанский государственный академический национальный драматический театр - Sputnik Azərbaycan, 1920, 29.09.2021
Akademik Milli Dram Teatrı
YUĞ Dövlət Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov təəssüflə qeyd edir ki, teatrın inzibati binası yoxdur və teatr müvəqqəti olaraq, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında məskunlaşıb. Öz binasının, əlverişli səhnəsinin və yetərli texniki imkanlarının olmaması teatrın tam gücü ilə fəaliyyət göstərməsinə mane olur:

"Ümid edirik ki, qısa müddətdə teatrın bina problemi aradan qalxar və bütün layihələrimizi uğurla həyata keçirə bilərik. Rəhbərliyin qərarına əsasən, repertuardakı 8 tamaşanın yenidən bərpası nəzərdə tutulub. İlk növbədə, pandemiyadan öncə hazırlanan, amma qapanma səbəbindən premyerası baş tutmayan "Kloun Biz" tamaşasının bərpası və tamaşaçılara təqdim olunması planlaşdırılır. Matey Vişnekin "Qoca kloun tələb olunur" pyesi əsasında Mikayıl Mikayılovun hazırladığı tamaşada teatrın sənətçiləri Natəvan Qeybani, Zümrüd Qasımova və Təranə Ocaqverdiyeva çıxış edir. Mövsümün sonuna qədər yeni tamaşanın hazırlanması da planlaşdırılır".

Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Pərvin Nurəliyeva fasilədən sonra yenidən doğma məkana qayıtmağın məsuliyyətinin ikiqat olduğunu qeyd edib:

"Hər zaman tamaşaçılarımızın öyrəşdiyi o səviyyə, keyfiyyət və peşəkarlıq fasilədən sonra daha üstün təqdim olunmalıdır. Teatrımız hər mövsümü tamaşaçılar yeniliklərlə qarşılayır. Bu dəfə də ənənəmizə sadiq qalacağıq. Yeni mövsümdə gənc rejissorumuz Ayla Osmanova yazıçı Pərviz Seyidlinin pandemiya mövzusunda olan "Mələk" adlı pyesinə quruluş verir".

Nurəliyeva bildirir ki, həmin pyes teatrın koronavirusla bağlı elan etdiyi müsabiqədə qalib olub. Artıq tamaşanın məşqləri başlayıb. Sərt karantin zamanı məşqlər onlayn şəkildə aparılırdı. Yaxın gələcəkdə tamaşanın premyerası gözlənilir. Pərvin xanım onu da qeyd edib ki, pandemiyadan öncə məşqləri yarımçıq qalmış bir neçə tamaşa var idi. Hazırda onların tamamlanması istiqamətində işlər aparılır:

"Bunlardan biri İsmayıl İmanın "Balaca yaramaz məxluq" əsəri əsasında respublikanın Əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhrəm Osmanovun quruluş verdiyi tamaşadır. Pandemiyadan öncə məşqlər başlamışdı. Ölkədə elan olunan sərt karantin rejimi ilə əlaqədar məşqlər onlayn davam etdirildi. İndi isə normal məşqlər davam edəcək və yaxın gələcəkdə həmin tamaşanın premyerası olacaq. Rejissor Elşad Rəhimzadə Redyard Kiplinqin "Mauqli" əsəri əsasında uşaqlar üçün son dərəcə əyləncəli səhnə əsəri də hazırlayır. Ölkədə ilk dəfə "Bəbə səhnəsi" Gənc Tamaşaçılar Teatrının səhnəsində qurulur. "Bəbə səhnəsi"ndə 10 aylıqdan 2 yaşa qədər olan uşaqlar üçün tamaşalar nəzərdə tutulur. Yəqin ki, yaxın zamanlarda "Bəbə səhnəsi"ndə qurulan tamaşalar körpələrimizə təqdim olunacaq".

© Sputnik / Murad OrujovGənc Tamaşaçılar teatrı
Gənc Tamaşaçılar teatrı - Sputnik Azərbaycan, 1920, 29.09.2021
Gənc Tamaşaçılar teatrı
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova deyir ki, sözügedən teatrın aktyorlarımız qadağaların tətbiq olunduğu vaxtlarda da kuklaları aparıb evlərində məşq edirdilər. Kukla teatrı yay aylarında Şamaxı, Lənkəran və Qusarda tamaşalar nümayiş etdirib. Bundan əlavə, Qarabağ qaziləri üçün reabitasiya mərkəzlərində tamaşlar nümayiş etdirən teatr trubbası oktyabrın 1-də ilk tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq.

"Bu, teatrın repertuarındakı ən uzunömürlü və maraqlı səhnə nümunələrindən olan "Cırtdan" tamaşasıdır. Məşhur uşaq yazıçısı Mirmehdi Seyidzadənin "Cırtdan" mənzum nağıl-pyesi əsasında hazırlanan (səhnələşdirəni Rəhman Əlizadə) tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Onu da qeyd edək ki, mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunur. Uzunmüddətli fasilədən sonra ilk nümayişə çıxacaq bu tamaşa 2 seansda (12:00, 14:00) göstəriləcək".

Bu il 90-cı yubiley mövsümünü yaşayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canlarından keçən qəhrəmanlarımızın övladları üçün nümayiş olunacaq:

"Vətən müharibəsi şəhidləri, əlil və qazilərinin övladları təmənnasız olaraq istədikləri seansda iştirak edə bilərlər. Ümumilikdə bütün teatr həvəskarları, kukla tamaşalarını səbirsizliklə gözləyən balaca teatrsevərlərimiz isə oktyabrın 2-dən başlayaraq həftənin müvafiq günləri (cümə, şənbə, bazar) əksəriyyəti üç seans (üçüncü seans rus dilində) olmaqla repertuarımızdakı maraqlı və rəngarəng səhnə nümunələrini izləyə bilərlər. Məlumat üçün onu da vurğulayaq ki, biletlərin qiymətində heç bir dəyişiklik yoxdur və onların satışı yalnız teatrın kassasından həyata keçirilir".

© Sputnik / Murad OrujovAbdulla Şaiq adına Dövlət Kukla Teatrı
Здание Азербайджанского государственного кукольного театра в Баку - Sputnik Azərbaycan, 1920, 29.09.2021
Abdulla Şaiq adına Dövlət Kukla Teatrı
Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini, əməkdar artist Azad Məmmədovun sözlərinə görə, onlar da digər teatrlar kimi ayın 1-dən etibarən başlayırlar. İşə başladıqdan sonra hansı tamaşaların nümayiş olunacağı bəlli olacaq:

"Ayın 10-dan sonra Şuşa teatrı yeni tamaşalarla tamaşaçıların qarşısına çıxacaq. Nəzərdə tutulan tamaşalar var, biz onlardan biri seçəcəyik, hansı ki, onların içində az iştirakçı var.. Tamaşada iştirak edənlərin sayı çox olsa, çalışacağıq ki, həmin əsərdə müəyyən ixtisarlar edək. Çünki, teatrların açılmasına icazə verilsə də xəstəliklər hələ də davam edir".

Xəbər lenti
0