CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı müğənninin mahnısına məşhur amerikalı "əl gəzdirdi"

© Photo : Instagram / zulfiyyaxanbabayevaНародная артистка Зульфия Ханбабаева
Народная артистка Зульфия Ханбабаева  - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
Müğənni qeyd edib ki, o, yeni klip üzərində işləyərkən ətrafına ən yaxşılardan ibarət komanda yığıb. Mahnının musiqisi Ramin Əli, sözləri Qafar Heydərli, rejissoru Delee Orucludur.
 
BAKI, 16 avqust — Sputnik. Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva bütün rəqəmsal platformalarda yeni "Sonuncu Oyun" mahnısını, "YouTube"da isə bu mahnıya çəkilən videoklipi təqdim edib.
Sputnik Azərbaycan xəbər verir ki, müğənni yeni klipini "Instagram" hesabında paylaşıb. Müğənni qeyd edib ki, yeni klip üzərində işləyərkən ətrafına ən yaxşılardan ibarət komanda yığıb. Mahnının musiqisi Ramin Əli, sözləri Qafar Heydərli, rejissoru Delee Orucludur. Mahnı Nyu-Yorkda illər ərzində Alisa Keys, Kristina Aqilera, Selena Qomes, Dua Lipa, The Weekend və digər dünya ulduzları ilə əməkdaşlıq edən amerikalı Devid Kaç tərəfindən "mastering" olunub.
Məlumat üçün bildirək ki, müğənni İncəsənət İnstitutunun (indiki ADMU) "Teatr rejissoru" fakültəsinə daxil olub. 1988-ci ildə "Bakı Payızı-88" müsabiqəsində iştirak edərək finala çıxıb. 1994-cü ildə Zülfiyyə Xanbabayeva Vaqif Gərayzadənin "Aypara" qrupunda çıxış etməyə başlayıb. "Sən gedən gündən", "Dəniz", "Sənsiz", "Gecə" adlı albomların müəllifidir. 19 klipi, 5 studiya albomu var.
2008-ci il 17 sentyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Xalq artisti adına layiq görülüb.
Eləcə də oxuyun:
Amerikalı müğənni Qarabağda gördüklərindən şoka düşüb
 Şəxsi həyat, Bakı sevgisi və miras: Emin Kseniya Sobçaka hər şeyi danışdı
Avroviziya təmsilçisi Azərbaycan manatına mahnı həsr edib
Xəbər lenti
0