Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yola tökülən asfaltı təcili yığmalı oldular

© Sputnik / Rahim MuradovAstarada yol-nəqliyyat hadisəsi
Astarada yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan, 1920, 08.08.2021
Abunə olmaq
Hadisə nəticəsində avtomobillərin hərəkətində qismən məhdudiyyət yaranıb. Asfaltın yığılmasından sonra hərəkət tez bir zamanda tam bərpa edilib.
BAKI, 8 avqust — Sputnik. Beyləqan rayonu ərazisində KAMAZ markalı yük avtomobili aşıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində baş verib.
KAMAZ markalı yük avtomobilinin aşması nəticəsində nəqliyyat vasitəsinin yük yerində olan asfalt yola dağılıb.
Nəticədə avtomobillərin hərəkətində qismən məhdudiyyət yaranıb. Asfaltın yığılmasından sonra hərəkət tez bir zamanda tam bərpa edilib.
Eləcə də oxuyun:
Fövqəladə Hallar Nazirliyi əməliyyat görüntüləri yayıb
Yol polisi sürücülərə səsləndi
 
Xəbər lenti
0