Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayı yarım milyonu keçdi

© REUTERS / Maxim ShemetovМедицинские работники в госпитале COVID-19 в ГКБ №15 имени О. М. Филатова, фото из архива
Медицинские работники в госпитале COVID-19 в ГКБ №15 имени О. М. Филатова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 502436-ya çatıb. Rusiyada pandemiya yayılandan 6532 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 11 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 8779 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 174 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 502436-ya çatıb. Rusiyada pandemiya yayılandan 6532 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8367 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 261150-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 7,3 milyonu keçib, 416 mindən çox adam isə virus səbəbilə ölüb.

Xəbər lenti
0