CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vilayət Eyvazov polis polkovnikinin vəzifəsini dəyişdi

© Photo : ONADaxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov
Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov - Sputnik Azərbaycan
Abunə olmaq
Polkovnik-leytenant Səfər Nuriyev yenə rəis müavini oldu, amma bu dəfə Baş Narkotiklə Mübarizə İdarəsinin cənub bölgəsi üzrə Regional Polis İdarəsində

BAKI, 26 aprel – Sputnik. Daxili işlər nazirinin əmri ilə Kürdəmir rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini polkovnik-leytenant Səfər Nuriyev tutduğu vəzifədən azad edilib.

Sputnik Azərbaycan “Report”-a istinadla xəbər verir ki, digər əmrə əsasən o, Baş Narkotiklə Mübarizə İdarəsinin cənub bölgəsi üzrə Regional Polis İdarəsinə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, S.Nuriyev üç ilə yaxın Kürdəmir rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.

Ailəlidir, iki övladı var.

Xəbər lenti
0