CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevgi bəzən öldürür: kafe sahibəsi aldığı cavaba inanmadı

© REUTERS / Athit PerawongmethaЖенщина на кухне. фото из архива
Женщина на кухне. фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumata görə, qadın Quba şəhərində kafe işlədib və bir müddət əvvəl Ruslan adlı şəxslə tanış olaraq sevgi münasibətləri yaşayıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 22 aprel — Sputnik. Qubada intihar hadisəsi baş verib. Sputnik Azərbaycan bildirir ki, bu gün səhər 11 radələrində Quba rayon Polis Şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna intihar barədə məlumat daxil olub. Quba şəhərinin Dəvədabanı yaşayış massivinin yaxınlığında yerləşən kərpic zavodunun yataqxanasında E.Sultanova adlı qadının yaşadığı evin dəhlizində - divarın yuxarı hissəsində, qaz sobasından asılmış meyiti aşkar edilib.

Əslən Goranboyda anadan olmuş, Sumqayıt şəhərində qeydiyyatda olan və Quba şəhərində yataqxanada Zarikə Hüseynovaya məxsus evdə kirayədə qalan 43 yaşlı qadının intihar səbəbinin araşdırılmasına başlanılıb. İlkin məlumata görə, qadın Quba şəhərində kafe işlədib və bir müddət əvvəl Ruslan adlı şəxslə tanış olaraq sevgi münasibətləri yaşayıb. Amma son günlər Ruslandan sevgisinə rədd cavabı olan qadının əhvalı çox pozulub və iki gün əvvəl özünü yaşadığı evdə asaraq öldürüb.

Hadisə ilə bağlı Quba Rayon Prokurorluğunda CM-nin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb.

Xəbər lenti
0