CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Seyidlərin cəddi hörmətsizlik edənləri bağışlamadı - VİDEO

Abunə olmaq
17 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə edilib.

BAKI, 15 aprel — Sputnik. Kür çayının sahilində yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan 19 nəfər saxlanılıb, onlardan ikisi həbs edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Zərdab rayonu Aşağı Seyidlər kəndində "Seyidlər bağı" adlanan ərazidə Kür çayının sahilində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edib xüsusi karantin qaydalarını kobudcasına pozublar. Daha sonra həmin şəxslər təşkil etdikləri məclisin video görüntülərini çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Məlumat daxil olan kimi Zərdab Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən həmin məclisdə iştirak edən və karantin qaydalarını pozan 19 nəfər saxlanılıb. Onlardan ikisi məclisin təşkilatçıları, rayon sakinləri Rza Alxasov və Sabiq Nəbiyev rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Xəbər lenti
0