ABŞ-da yeni anti-rekord: Koronavirusdan 2,1 min adam öldü

© REUTERS / ANDREW KELLYСитуация в связи с эпидемиологической обстановкой в США
Ситуация в связи с эпидемиологической обстановкой в США - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən sutka ərzində Birləşmiş Ştatlarda 2 min 108 nəfər virusun qurbanı olub.  Ümumilikdə isə 19 minə yaxın insan  koronavirusdan ölüb

BAKI, 11 aprel — Sputnik. ABŞ-da koronovirusdan ölənlərin sayı sürtələ artır. Sputnik Azərbaycan xəbər verir ki, ölkədə pandemiyadan ölənlərlə bağlı yeni anti-rekord qeydə alınıb.

Belə ki, ötən sutka ərzində Birləşmiş Ştatlarda 2 min 108 nəfər virusun qurbanı olub. Bu, ölkədə, eləcə də bütün dünyada bir gündə ölənlərin sayı ilə bağlı ən yüksək göstəricidir. Buna kimi ən yüksək ölüm göstəricisi bir gündə 1973 nəfər təşkil etmişdi.

Qeyd edək ki, ölkədə koronavirusa yoluxanların sayı yarım milyonu keçib. Təxminən 19 min nəfər virusun qurbanı olub.

Xəbər lenti
0