CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir səfirliyimizdə koronavirusla əlaqədar “qaynar xətt” yaradılıb

© Pexels rawpixel.comƏldə telefon, arxiv şəkli
Əldə telefon, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Qaynar xətt” səfirliyin akkreditə olunduğu ölkələrdə (Malayziya ilə yanaşı, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda) yaşayan və müvəqqəti səfərdə olan azərbaycanlılara şamil edilir.

BAKI, 16 mart — Sputnik. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Malayziyadakı səfirliyi Azərbaycan vətəndaşları üçün 24 saat açıq olan “qaynar xətt” yaradıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

“COVID-19" pandemiyası ilə əlaqədar suallarınız olduğu təqdirdə Malayziyadakı səfirliyimizlə aşağıdakı telefon nömrələri vasitəsilə əlaqə saxlamağınız xahiş olunur: Mob: +60172398963 (qaynar xətt) İş: +60342526800”, -  diplomatik nümayəndəlikdən bildirilib.

Xəbər lenti
0