CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus Azərbaycan neftini də "vurdu", amma manat dirənir

© AFP 2023 / OSMAN KARIMOVНефтяные насосы на Баилово, Баку
Нефтяные насосы на Баилово, Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert əmindir ki, neftin bir barelinin qiyməti hətta 40-45 dollar səviyyəsində olsa da, Azərbaycan iqtisadiyyatı çox uğurla inkişaf edəcək

BAKI, 4 mart — Sputnik, Fuad Əlizadə. Koronavirus (COVID-2019) dünya bazarlarında neftin qiymətlərini o qədər aşağı salıb ki, Azərbaycanın "qara qızıl"ı büdcədə nəzərdə tutulduğu 55 dollardan da aşağı qiymətə satılır. Bununla yanaşı, bir sıra neft ixrac edən ölkələrdən fərqli olaraq, milli valyutanın rəsmi məzənnəsi hələ də 1 dolların 1,7 manata nisbətində sabit qalıb.

Energetika Nazirliyindən verilən açıqlamaya görə, birjalarda Azeri Light markalı neftin bir bareli 53,77 dollara, Brent markalı neftin bir bareli isə 52,93 dollara satılır.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun analitikləri daha əvvəl dünya bazarlarında neft qiymətlərinin proqnozunu 2019-cu ildə bir barel üçün 59 dollardan hazırkı 57.94 dollara endirmişdilər.

Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Cibimizdəki pullar da koronavirus yayırmı - Mərkəzi Bank izahat verdi

Yanvarın 6-da bir barrelinə 68.91 dollar ödənilən Brent neftinin etalon qiyməti fevralın 28-də bir barel üçün 50.52 dollara düşdü. Koronavirusun coğrafiyasının genişləndiyini nəzərə alsaq, bu eniş davam edə bilər.

2019-cu ilin nəticələrinə yekun vuraraq qeyd etmək lazımdır ki, "Azeri Light" markalı neftin bir barrelinin orta qiyməti 66,79 dollar olub.

Belə vəziyyətdə bu sual olduqca ağlabatan görünür: neftin qiymətinin kəskin enməsi ilə əlaqədar Azərbaycanın milli valyutası dollara nisbətdə dəyər itirəcəkmi?

ARDNF-in məlumatına görə (Neft fondunun hesabatları hər rüb açıqlanır), ötən il Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri 4.808 milyard dollar və ya 2018-ci illə müqayisədə 12.5% artıb. Beləliklə fondun aktivləri 43.323 milyard dollara çatıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin 29 fevral tarixinə valyuta ehtiyatları 6,4 milyard dollara çatıb və Maliyyə Nazirliyinin xəzinə hesabındakı vəsaitlər nəzərə alınmaqla ölkənin valyuta ehtiyatları 52 milyard manatı keçib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, eyni zamanda, bu ilin yanvar ayında məhsulların idxalı 720,9 milyon dollar təşkil edib. Beləliklə, Azərbaycanın strateji valyuta fondları ölkənin bütün idxalının əvəzini 72 ay və ya altı il ərzində ödəmək qabiliyyətinə malikdir.

Bütün bunlarla yanaşı, Azərbaycan iqtisadiyyatı, neftin bir barrelinin dəyəri 40-45 dollar səviyyəsində olsa belə, çox uğurla inkişaf edə biləcək.

"Azərbaycan hətta bir barreli 30 dollardan aşağı olan neft üçün də "immunitet" əldə edib. Hətta neftin qiyməti 40-45 dollar arasında olsa belə, biz cari hesab balansını qoruya bilərik. Bu da ciddi inflyasiya təhdidlərinin və manatla bağlı narahatlıqların olmamasını göstərir", - deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

Dövlət büdcəsində neftin proqnoz qiyməti və Azərbaycan Dövlət Neft Fondunun gəlirləri 2020-ci ildə 55 dollar/barel təşkil edib ki, bu da 2019-cu illə müqayisədə beş dollar azdır.

Xəbər lenti
0