CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yol bağlı olacaq

© Photo : APABağlanmış yol, arxiv şəkli
Bağlanmış yol, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvar ayının 31-dən fevral ayının 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

 

BAKI, 31 yanvar — Sputnik. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi təmir edilir.

Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına istinadla xəbər verir ki, bununla əlaqədar olaraq, yanvar ayının 31-dən fevral ayının 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

"Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edirik", - deyə qeyd edilib.

Xəbər lenti
0