Pompeo VİDEO paylaşdı: "İraqlılar sevinclərindən rəqs edirlər"

© REUTERS / YURI GRIPASAmerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo - Sputnik Azərbaycan
Abunə olmaq
"Qüds" xüsusi dəstəsinin başçısı Qasım Süleymani yanvarın 2-də axşam saatlarında öldürülüb. Onunla birlikdə İraqın "əl-Həşd əş-Şəhabi" şiə qruplaşmasının bir neçə lideri, o cümlədən şiələrin komandirinin müavini Əbu Mehdi əl-Mühəndisi də həlak olub

BAKI, 3 yanvar — Sputnik. ABŞ-ın Dövlət katibi Mayk Pompeo özünün Twitter hesabında bildirib ki, İraq sakinləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi bölməsinin rəisi general Qasım Süleymaninin öldürüldüyünə görə sevinirlər.

​"İraqlılar - iraqlılar! - küçələrdə azadlığı dəstəkləyərək rəqs edirlər. Onlar general Süleymaninin məhvinə görə minnətdardırlar", - əllərində İraq bayrağı ilə küçədə qaçan insanların videosunu paylaşan Pompeo yazıb.

Sputnik Azərbaycan bildirir ki, "Qüds" xüsusi dəstəsinin başçısı Qasım Süleymani yanvarın 2-də axşam saatlarında öldürülüb. Onunla birlikdə İraqın "əl-Həşd əş-Şəhabi" şiə qruplaşmasının bir neçə lideri, o cümlədən şiələrin komandirinin müavini Əbu Mehdi əl-Mühəndisi də həlak olub.

Pentaqondan bildirilib ki, Bağdad aeroportuna hücum əmrini Prezident Donald Tramp verib. ABŞ həlak olan general Süleymanini dekabrın 31-də bu ölkənin İraqdakı səfirliyinə və koalisiya qüvvələrinin bazalarına hücumda təqsirli bilir.

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif İİKK generalının ölümünü "beynəlxalq terrorizm aktı" adlandırıb.

Xəbər lenti
0