Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Birinci yerdə durmayan problem cibimizi də, ciyərimizi də sökür: benzinə diqqət edin

© Sputnik / Maksim Blinov / Mediabanka keçidАвтомобильная пробка, фото из архива
Автомобильная пробка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər vətəndaş hansısa YDM-in yanacağından narazıdırsa, bunun tərkibini bilmək istəyirsə, bizə müraciət etsin. Bizim həmin yanacağın tərkibini xarici ölkələrdə təhlil etmək imkanlarımız var" - E.Hüseynov

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. "Hazırda ölkəmizdə atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi nəqliyyat sektorudur. Bunun səbəbi nəqliyyat vasitələrinin sayının sürətlə artmasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev "İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, nəqliyyatın ətraf mühitə, insan sağlamlığına mənfi təsirinin azaldılması üçün ekoloji cəhətdən təmiz avtomobillərdən istifadə genişləndirilməlidir.

Трамвай, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Tramvay" deyib həvəslənməyin, yüz minləri itirməyə dəyərmi?

"Sözsüz ki, nəqliyyat sektorunun atmosfer havasına təsirində yanacağın keyfiyyəti böyük rol oynayır", - deyə nazir bildirib.

Bəzi iddialara görə, yanacaqdoldurma məntəqələrində (YDM) mənfəət əldə etmək məqsədilə yanacağın tərkibinə müxtəlif maddələr vurulur. Ölkədə benzin istehlakının 90 faizindən çoxu Aİ-92 markalı benzinin payına düşdüyü üçün daha çox 92 markalı benzinin tərkibinə müdaxilə edilir. Ona qaz, dizel və 76 oktanlı benzin vurulur. Bu da benzinin keyfiyyətini korlayır. Benzinin keyfiyyətinin korlanması isə ətrafa zəhərli qazların atılmasına səbəb olur. Bilavasitə ətraf mühitə zərər verir, iqlim dəyişikliyinə zəmin yaradır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əvvəllər yanacağın tərkibinə daha çox müdaxilələr müşahidə edilirdi. İndi isə çox az YDM-lərdə yanacağın tərkibinə müdaxilə edilir.

"Bəli, yanacağın tərkibinə müdaxilə olanda keyfiyyəti dəyişir. Bu, həm sürücülərin büdcəsinə, həm avtomobillərə, həm də ətraf mühitə zərər vurur", - deyə Hüseynov bildirib.

Onun sözlərinə görə, YDM-lərdə ikinci problem yanacaq çənlərinin təmizlənməməsidir. Bu da yanacağın tərkibinə təsir edir.

Ekspert bildirib ki, Azərbaycanda yanacağın tərkibinin yoxlanılması üçün özəl laboratoriyalar yoxdur: "Əgər vətəndaş hansısa YDM-in yanacağından narazıdırsa, bunun tərkibini bilmək istəyirsə, bizə müraciət etsin. Bizim həmin yanacağın tərkibini xarici ölkələrdə təhlil etmək imkanlarımız var".

Avtomobil etibarnaməsi – Adı elektron olsa da, özü elektron deyil>>

Ekoloq Cəmşid Quliyevin sözlərinə görə, avtomobil yanacağının tullantıları atmosferi çirkləndirən əsas amillərdən biridir: "İri zavodlar, fabriklər də atmosferə zəhərli maddələr atır. Atmosferi çirkləndirən məhz bu maddələrdir.

Avtomobillər də ətraf mühiti çirkləndirir, amma bu, birinci yerdə durmur. Bəzən mütəxəssislər avtomobilin nasaz vəziyyətdə olmasını da ətraf mühiti çirkləndirən amil kimi göstərirlər. Yəni avtomobil sazdırsa, yaxşı çalışırsa, deməli, atmosferə daha az tullantı atılır.

Yanacağın keyfiyyəti də burada əsas rol oynayır".

Ekoloq bildirir ki, avtomobillərin sıradan çıxmasına əsas səbəblərdən biri də elə yanacağın keyfiyyətinin aşağı olmasıdır.

Xəbər lenti
0