Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sərxoş ata üç yaşlı uşağı döyüb öldürdü

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli
Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, kişi ölən qızın ögey atasıdır. O, həmçinin böyük qızını da döyüb, həmin uşaq hazırda xəstəxanadadır

BAKI, 22 dekabr — Sputnik. Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində üç yaşlı uşağın ölümünə görə cinayət işi açılıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, qız uşağına sərxoş atası ölümcül xəsarətlər yetirib.

"İstintaqın versiyasına görə, 34 yaşlı Nefteyuqansk sakini sərxoş halda olarkən öz evində üç yaşlı qızının başına və bədəninə xeyli zərbə vurub. Uşaq aldığı zərbələrdən bir gün sonra keçinib", - istintaq komitəsinin məlumatında deyilir.

Cinayətdə şübhəli bilinən adam tutulub. Uşağın saxlanıldığı şərait araşdırılır. Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, kişi ölən qızın ögey atasıdır. O, həmçinin böyük qızını da döyüb, həmin uşaq hazırda xəstəxanadadır.

Xəbər lenti
0