Rusiyanın qorxduğu başına gəldi - "Şimal axını-2" tikintisi dayandırıldı

© Sputnik / Ilya Pitalev / Mediabanka keçid"Şimal axını – 2" qaz kəmərinin tikintisi
Şimal axını – 2 qaz kəmərinin tikintisi - Sputnik Azərbaycan
Abunə olmaq
Siyasətçilər "Allseas"-ın rəhbərinə xəbərdarlıq ediblər ki, əgər şirkət layihədə iştirakını dayandırmasa onda ona qarşı ağır sanksiyalar gözləyir

BAKI, 21 dekabr — Sputnik. İsveçrənin "Allseas" şirkəti ABŞ sanksiyalarının təhdidinə görə Rusiyaya məxsus "Şimal axını-2" qaz kəmərinin tikintisini dayandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yerləşdirilib.

Канцлер Германии Ангела Меркель - Sputnik Azərbaycan
Merkeldən "Şimal axını-2" layihəsinə dəstək: "ABŞ sanksiyalarının əleyhinəyik"

"ABŞ-ın hərbi büdcəsinin təsdiqlənməsi ilə bağlı Allseas "Şimal axını – 2"-də fəaliyyətini dayandırır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, dekabrın 19-u amerikalı senatorlar Ted Kruz və Ron Conson şirkətin rəhbəri Edvard Xirema təhdidlə dolu mesaj göndərib. Siyasətçilər "Allseas"-ın rəhbərinə xəbərdarlıq ediblər ki, əgər şirkət layihədə iştirakını dayandırmasa onda ona qarşı ağır sanksiyalar gözləyir. Belə ki, siyasətçilər bu baş verməyəcəyi təqdirdə şirkətin bütün aktivlərinin dondurulacağını, onunla iş birliyinə qadağa qoyulacağı və şirkətin təmsilçilərinin ABŞ-a girişinə icazə verilməyəcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2020-ci maliyyə ili üçün 738 milyard dollar həcmində müdafiə büdcəsini imzalayıb.

Belə ki, müdafiə büdcəsi ötən ilin büdcəsi ilə müqayisədə (716 milyard dollar) 3,1% çoxdur.

Xatırladaq ki, müdafiə büdcəsinə Rusiyanın "Şimal axını -2" və "Türk axını" qaz kəmərlərinə qarşı sanksiyaların tətbiq edilməsini də daxil edilib. Sanksiyalar "Avropanın enerji təhlükəsizliyinin təmin olunması" tədbirləri kimi nəzərdən keçirilir. Həmçinin sənəddə Rusiya ilə hərbi sahədə əməkdaşlıq da qadağan olunur.

ABŞ etiraf etdi: "Şimal axını-2" layihəsini dayandırmaq mümkün deyil

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda sanksiyaların boru kəmərlərinin tikintisində iştirak edən gəmilərə, həmçinin tikintidə iştirak edən şirkətlərin rəhbərlərinə qarşı tətbiq olunacağı bildirilirdi.

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.

Xəbər lenti
0