"Ermənistanda "soyqırıma" dair heç bir sübut yoxdur" – Ərdoğan

© © Presidential Press Service via AP, PoolПрезидент Турции Реджеп Тайип Эрдоган
Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
"Təbii ki, qarşı tərəfdən ciddi, dişə dəyən bir cavab gəlməyib. Bir müddət bu işlər davam etdi və heç kim arxivini açmadı"

BAKI, 20 dekabr — Sputnik. Ermənistanda qondarma "erməni soyqrımı"na dair heç bir sübut yoxdur. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresində qondarma "erməni soyqrımı" ilə bağlı qanun layihəsini qəbul etməsini şərh edərkən bildirib.

Ərdoğan qeyd edib ki, Baş nazir olduğu dövrdə Türkiyə Ermənistana arxivləri açmağı təklif edib: "Təbii ki, qarşı tərəfdən ciddi, dişə dəyən bir cavab gəlməyib. Bir müddət bu işlər davam etdi və heç kim arxivini açmadı. Olmayan bir şeyi aça da bilməzlər. Bunların Harvardda cüzi, simvolik arxivləri var, Fransada da yenə kiçik arxivləri var".

Türkiyə Prezidenti qeyd edib ki, hazırda ölkənin Silahlı Qüvvələrində bir milyondan çox arxivi var: "Buyurun, gəlin, araşdırın. Amma onlar cavab vermədilər. Çünki iş o məsələyə gəldikdə bunun nə qədər özlərinin əleyhinə olduğunu bilir, görürlər".

 

Xəbər lenti
0