Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dövlət Departamenti Rusiyaya qarşı sanksiyaların tətbiqinə mane olmağa çalışır

© AFP 2023 / Paul J. RichardsГосударственный департамент США
Государственный департамент США - Sputnik Azərbaycan
Abunə olmaq
Məktubda qeyd olunur ki, sanksiyalara dair qanun layihəsinin dünya energetika, xammal, maliyyə və digər bazarlara qarşı zərər vurma riski var

BAKI, 20 dekabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Administrasiyası Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasına qarşı çıxır. Bu barədə Sputnik Azərbaycan "The Daily Beast"-ə istinadən xəbər verir.

Nəşr yazır ki, Prezident Administrasiyası Senata 22 səhifəlik məktub göndərərək Rusiyaya qarşı "cəhənnəm sanksiyalarının" tətbiqinə qarşı çıxıb.

Məktubda qeyd olunur ki, sanksiyalara dair qanun layihəsinin dünya energetika, xammal, maliyyə və digər bazarlara qarşı zərər vurma riski var: "Sanksiyalar, həmçinin Rusiya ilə olan xarici kommersiya fəaliyyətinin demək olar ki, bütün sahələrinə təsir edəcək".

Президент РФ Владимир Путин на большой ежегодной пресс-конференции в Центре международной торговли на Красной Пресне - Sputnik Azərbaycan
RUSİYA
Putin: "Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalara görə 50 milyard avro itirib"

Qeyd edək ki, Birləşmiş Ştatlar Konqresi Rusiyaya qarşı yeni sanksiyalar tətbiqini nəzərdə tutan qanun layihəsini nəzərdən keçirir.

Belə ki, birinci sanksiya paketi "Şimal axını-2" layihəsinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Amerika mediasının yaydığı məlumata görə, bu paket dekabrın 11-də Konqresdə səsvermədən keçmiş 2020-ci ilin hərbi büdcəsinə daxil edilib. Amerikalı qanunvericilər Rusiya qazının müştərilərinə və ya konkret olaraq "Qazprom"a qarşı birbaşa sanksiya tətbiq etməkdən çəkiniblər, lakin hazırda Danimarka sahillərində unikal gəmiləri ilə "Şimal axını-2" xətti üçün boru çəkən şirkətləri vurmaq qərarına gəliblər. ABŞ hesab edir ki, sözügedən şirkətlərin dollar əməliyyatlarına, eləcə də Amerika və ya onun şirkətləri ilə əməkdaşlıq imkanlarına məhdudiyyətlər tətbiq edilməsi halında onlar layihədən çıxacaqlar və bununla da "Qazprom" məcbur olub Ukrayna ərazisi ilə qaz tranzitini saxlayacaq - özü də Kiyevə sərf edən şərtlərlə.

İkinci sanksiya paketi də "Şimal axını-2" layihəsini vurmaq üçün nəzərdə tutulub. Lakin bu, birbaşa ediləcək. Bu paketin də Konqres və Senatda səsvermədən keçməsi və Tramp tərəfindən imzalanması halında Rusiyanın qaz borusunun sponsorları, yəni boru xəttinin inşasını maliyyələşdirən Avropa şirkətləri sanksiyalara hədəf olacaq.

Xəbər lenti
0