SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mehriban Əliyeva Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb - FOTO

© AZƏRTACAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Yelena Zelenskaya Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb. Qonağa Azərbaycan haqqında kitab hədiyyə edilib

BAKI, 17 dekabr — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 17-də ölkəmizdə səfərdə olan Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, çay süfrəsi arxasında keçirilən görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanı Bakıda görməkdən şad olduğunu bildirib və qeyd edib ki, bu səfər ölkəmizlə daha yaxından tanış olmaq üçün gözəl imkandır.

© AZƏRTACAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb
Mehriban Əliyeva Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb - FOTO - Sputnik Azərbaycan
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb

Yelena Zelenskaya Bakıda olmaqdan və Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşməkdən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı ətrafında fikir mübadiləsi aparılıb.

Mehriban Əliyeva və Yelena Zelenskaya Heydər Əliyev Mərkəzinə də baş çəkiblər. Mərkəzin direktoru Anar Ələkbərov məlumat verib ki, burada yaradılan Heydər Əliyev Muzeyi Azərbaycan tarixinin və Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada Ulu Öndərə aid maraqlı faktlar, foto və video materiallar və digər nadir eksponatlar təqdim olunur.

Azərbaycanın Birinci vitse-prezidenti və Ukrayna Prezidentinin xanımı “Azərbaycan inciləri” sərgisində olublar. Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir.

Heydər Əliyev Mərkəzində izləyicilərə təqdim olunan daha bir nadir layihə “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisidir. Ekspozisiyada müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş olunur.

Mərkəzdə yaradılan “Mini Azərbaycan” sərgisi isə Azərbaycanın tarixi və arxitektura binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı verir.

© AZƏRTACUkraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzi ilə tanış olub
Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzi ilə tanış olub - Sputnik Azərbaycan
1/4
Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzi ilə tanış olub
© AZƏRTACUkraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzi ilə tanış olub
Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzində - Sputnik Azərbaycan
2/4

3/4
Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzi ilə tanış olub
© AZƏRTACUkraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzi ilə tanış olub
Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzi ilə tanış olub - Sputnik Azərbaycan
4/4
Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzi ilə tanış olub
1/4
Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzi ilə tanış olub
2/4
Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzi ilə tanış olub
3/4
Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzi ilə tanış olub
4/4
Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzi ilə tanış olub

Mehriban Əliyeva və Yelena Zelenskaya “Kukla incəsənətdə” sərgisinə də baxıblar. Sərgidə 16 ölkədən 60 rəssam-heykəltəraşın əl işi olan 230 kukla nümayiş etdirilir. Onların arasında ukraynalı müəlliflərin də əl işləri yer alıb. Buradakı sənət əsərləri ümumilikdə 400-dən çox eksponatdan ibarət kolleksiyanın nümunələridir və onların əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir.

Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət “Avanqard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgi də fəaliyyət göstərir.

Yelena Zelenskaya Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb. Qonağa Azərbaycan haqqında kitab hədiyyə edilib. Ukrayna Prezidentinin xanımı Mərkəzlə tanışlıqdan məmnun qaldığını bildirib.

Xəbər lenti
0