Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ən yaxşı Amerika filmini azərbaycanlı çəkdi - VİDEO - FOTO

© Facebook / Elmar BayramovАзербайджанский режиссер Эльмар Байрамов
Азербайджанский режиссер Эльмар Байрамов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı rejissor Elmar Bayramov Amerikanın sanballı festivallarına adını yazdırmağı bacarıb. Onun çəkdiyi film qısa müddətdə bir neçə nominasiyanın qalibi olub

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 16 dekabr — Sputnik. Amerikada fəaliyyət göstərən rejissor Elmar Bayramovun lentə aldığı "Let me run" (Qoyun qaçım) filmi mükafata layiq görülüb.

Sputnik Azərbaycan xəbər verir ki, ekran əsəri son 40 gün müddətində 4 fərqli festivalda qalib olub. Bu münasibətlə rejissor Elmar Bayramovla əlaqə saxladıq. O bildirdi ki, bu müddət ərzində ilk nailiyyətimiz Nyu-Yorkda keçirilən "Big Apple" festivalında oldu: "Açığı deyim ki, filmimizi hər festivala göndərməmişik. Bizim əsas məqsədimiz müraciət etdiyimiz festivalların sayəsində böyük versiyada filmimizi çəkək. "Big Apple" festivalında finala qədər gəlsək də, qalib ola bilmədik. Amma mükafatçılardan biri olmağa nail olduq. Kanada beynəlxalq film festivalında isə "ən yaxşı döyüş və macəra" nominasiyasına yiyələndik. Çox keçmədi ki, Los-Ancelesdə keçirilən festivaldan (Los Angeles Cinematography Awards) xoş xəbər aldıq. Belə ki, "ən yaxşı məkan görüntüsü" və "ən yaxşı səs effektləri" nominasiyasını qazandıq. Bunların içində ən dəyərlisi Nyu-Yorkda baş tutan "New York Cinematography Awards" festivalıdır. Burada isə "ən yaxşı Amerika filmi" nominasiyasını qazandıq".

Rejissorun söylədiyinə görə, bu nailiyyətlər gələn il də davam edəcək. 2020-ci ilin sonuna qədər bir neçə festivaldan müsbət cavab gözləyirik.

Xəbər lenti
0