CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alməmmədovun avtomobilini Şaxməmmədov qaçırdı

© pixabay / TheDigitalWayАвтомобильный вор, фото из архива
Автомобильный вор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı sakininə məxsus nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əcnəbi vətəndaş R.Şaxməmmədov saxlanılıb

BAKI, 31 oktyabr — Sputnik. Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini A.Alməmmədov oktyabrın 29-da saat 6 radələrində Sulutəpə qəsəbəsinin ərazisindən "Daewoo" markalı avtomobilinin qaçırıldığını bildirib.

Gəncədə avtomobil qızları vurdu – Hər ikisi məktəbli olub>>

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əcnəbi vətəndaş R.Şaxməmmədov saxlanılıb.

Xəbər lenti
0