Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yük maşını dərəyə aşdı: yaralı var

© Sputnik / Rahim MuradovYardımlı rayonunda ağır qəza
Yardımlı rayonunda ağır qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Cavid Osmanlı qapalı kəllə-beyin travması ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər

BAKI, 26 oktyabr — Sputnik. Şəki rayonunda taxıl səpininə gedən yük maşını dərəyə aşıb.

Qəzaya uğramış VAZ-2107 avtomobili. Arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Qobustanda ağır qəza: ölənlər və yaralılar var

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Təzəkənd kəndində baş verib. Dağlıq əraziyə taxıl səpini üçün taxıl aparan "KamAZ" markalı yük avtomobili dərəyə aşıb. Nəticədə Qax rayon Qıpçaq kənd sakini, 1995-ci il təvəllüdlü Osmanlı Cavid Rafiq oğlu xəsarət alıb. O, qapalı kəllə-beyin travması ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər C.Osmanlının vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0