Ermənilər ayağa qalxdılar - İsraildə səfirlik istəmirik

© AP Photo / Oded BaliltyВид на Иерусалим, фото из архива
Вид на Иерусалим, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ölkələrdə olan erməni icmalar narahatdırlar ki, İsraillə diplomatik əlaqələrin qurulması yaşadıqları ölkələrin rəhbərliklərinin onlara qarşı müsbət münasibətini dəyişə bilər

BAKI, 27 sentyabr — Sputnik. Ermənistan hökumətinin İsraildə səfirlik açması barədə qərarı xüsusi ilə Livan, Suriya və İran olmaqla, Yaxın Şərq regionu ölkələrində yaşayan erməni icmalarının ciddi narahatlığına səbəb olub.  Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Jamanak" nəşri yayıb.

Ermənistan Baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Rusiya strateji tərəfdaşımız, Türkiyə ciddi təhdiddir – Paşinyandan gözlənilməz gedişlər

Nəşr iddia edir ki, hazırda bu ölkələrdə olan erməni partiyaları və icmaları yeni reallıqda necə hərəkət etmələrinə dair məsləhətləşmələr həyata keçirir.

"Bu ölkələrdə olan erməni icmalar narahatdırlar ki, İsraillə diplomatik əlaqələrin qurulması yaşadıqları ölkələrin rəhbərliklərinin onlara qarşı müsbət münasibətini dəyişə bilər", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, sentyabrın 19-u Ermənistan hökumətinin iclasında İsrailin Təl-Əviv şəhərində səfirliyin açılması barədə qərar verilib.

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan İsraildə səfirliyin açılmasının ikitərəfli əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcəyini bildirib: "Bu addım Ermənistanın Yaxın Şərqdəki maraqlarını qorumağa və orada təmsilçiliyini genişləndirməyə yönəlib".

Xəbər lenti
0