AVRO-2020-nin pley-off mərhələsinin püşkatması barədə bilməli olduqlarımız

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidFutbol üzrə Avropa çempionatının kuboku
Futbol üzrə Avropa çempionatının kuboku - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci il Avropa çempionatında iştirak etmək uğrunda keçiriləcək pley-off görüşləri haqqında hər bir məlumat AVRO xüsusi layihəsinin məqaləsində yer alıb.

Püşkatma nəyə lazımdır?

O AVRO-2020-yə son dörd vəsiqənin sahibini müəyyən etməyə imkan verəcək. Martda dörd mini-turnir keçiriləcək və onların hər birində iki yarımfinal və bir final oyunu olacaq.

Püşkatma nə vaxtdır?

AVRO-2020-nin pley-off görüşlərinin püşkatması noyabrın 22-də keçiriləcək və Mərkəzi Avropa vaxtı ilə saat 12:00-da başlayacaq.

Kim iştirak edəcək?

Millətlər Liqasının daha əvvəl Avropa təsnifatından final mərhələsinə çıxa bilməmiş ən yaxşı qrup təmsilçilər. Əgər Liqadan pley-off mərhələsi üçün dörd iştirakçı toplanmazsa, vakant yerlər turnirin reqlamentinin 16.03 bəndinə uyğun olaraq Millətlər Liqasının daha aşağı liqalarından olan yığmalara qismət olacaq.

Təsnifat indi başa çatsaydı, pley-off görüşlərində kimlər oynayardı?

A variantı: İsveçrə, Niderland, İslandiya, Bolqarıstan/İsrail/Macarıstan*

B variantı: Bosniya və Herseqovina, Avstriya, Uels, Bolqarıstan/İsrail/Macarıstan*

C variantı: Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan/İsrail/Macarıstan*

D variantı: Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus

*Hazırkı vəziyyətdə Bolqarıstan, İsrail və Macarıstan yığmalarının taleyini püşkatma həll edəcək. Onlardan biri C, digəri B, üçüncüsü isə A variantında yer tutacaq.

Bu yenilikdir?

Hazırkı təsnifat formatı əvvəlki çempionatların seçmə mərhələlərindən fərqlənir. AVRO-2020-nin unikal formatına görə final mərhələsinin oyunları Avropanın müxtəlif ölkələrindəki 12 şəhərdə keçiriləcək, o səbəbdəm 1976-cı il Avropa çempionatından sonra ilk dəfə olaraq meydan sahibləri turnirə avtomatik vəsiqə qazanmayıblar.

Bunun əvəzinə 20 komanda noyabrın 19-da başa çatacaq Avropa təsnifatı vasitəsilə AVRO-2020-yə vəsiqə qazanacaqlar. Yerdə qalan dörd vəsiqə pley-off oyunlarında sahibini tapacaq.

Pley-off görüşləri necə keçiriləcək?

Ötən illərin pley-off oyunlarından fərqli olaraq, burada hər şey bir görüşdə həll olunacaq. Hər bir pley-offun iştirakçıları Millətlər Liqasının reytinqinə müvafiq olaraq 1-dən 4-dək nömrə alacaqlar. Yarımfinallarda 1-ci nömrəni almış komanda 4-cü, 2-ci isə 3-cü ilə qarşılaşacaq. Reytinqi daha yüksək olan komanda yarımfinalda meydan sahibi olacaq.

Noyabrın 22-də keçiriləcək püşkatma hansı yarımfinal qaliblərinin finalda meydan sahibləri olacağını müəyyən edəcək. Dörd finalın qalibləri AVRO-2020-yə vəsiqə qazanacaqlar.

Pley-off oyunları nə vaxt olacaq?

Yarımfinallar martın 26-da, finallar isə martın 31-də keçiriləcək. Oyunlar Mərkəzi Avropa vaxtı ilə 20:45-də başlayacaq, lakin bəzi hallarda istisnaar mümkündür.

Əsas tarixlər

Pley-off oyunlarının püşkatması: 22 noyabr

Final mərhələsinin püşkatması: 30 noyabr

Pley-off oyunlarının yarımfinalları: 26 mart 2020-ci il

Pley-off görüşlərinin finalları: 31 mart 2020-ci il

Final mərhələsinin əlavə püşkatması (əgər ehtiyac olarsa): 1 aprel 2020-ci il

Əsas turnir: 12 iyun - 12 iyul 2020-ci il

Xəbər lenti
0