AVRO-2020-nin final mərhələsinin püşkatması barədə əsas məlumatlar

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidAVRO-2020-nin loqotipi
AVRO-2020-nin loqotipi - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci il Avropa çempionatının final mərhələsinin püşkatması haqqında hər bir məlumat AVRO xüsusi layihəsinin məqaləsində yer alıb.

Püşkatma harada keçiriləcək?

AVRO-2020-nin püşkatması noyabrın 30-da Buxarestdə keçiriləcək. Mərasim ROMEXPO sərgi mərkəzində olacaq, Mərkəzi Avropa vaxtı ilə 18:00-da başlayacaq.

Kim iştirak edir?

Təsnifat mərhələsinin (2019-cu ilin noyabrında başa çatacaq) 10 qrupunda birinci və ikinci yerləri tutmuş komandalar, həmçinin pley-off oyunlarının (2020-ci ilin martında keçiriləcək) dörd qalibi iştirak edəcəklər. Sonuncular püşkatmada "Pley-off oyunlarının qalibi 1", "Pley-off oyunlarının qalibi 2", "Pley-off oyunlarının qalibi 3" və "Pley-off oyunlarının qalibi 4" kimi təqdim olunacaqlar. AVRO-ya ilk vəsiqələrin sahibləri artıq oktyabrda müəyyən olunacaq.

Püşkatma proseduru necədir?

24 komanda hər birində dörd ölkə olmaqla, altı qrupa bölünəcək. AVRO-2020-nin sahibləri cütlüklərə bölünərək bir qrupa yerləşdiriləcək. Bütün digər məhdudiyyətləri və səpələnməni püşkatmadan əvləl elan edəcəklər.

Səpələnmə necə müəyyən olunacaq?

Səpələnmə reytinq əsasında və təsnifatın nəticələrinə görə bu meyarlara əsasən müəyyən olunur:

a) Qrupda yekun yer

b) Xallar

c) Vurulan və buraxılan topların fərqi

d) Vurulan toplar

e) Səfərdə vurulan qollar

f) Qələbələrin sayı

g) Səfər qələbələrinin sayı

h) Daha aşağı intizam göstəricisi (qırmızı vərəqəyə görə 3 xal, o cümlədən ikinci xəbərdarlığa görə avtomatik olaraq alınan qırmızı vərəqəyə və sarı vərəqəyə görə 1 xal)

i) Millətlət Liqasının reytinqi (Millətlər Liqasının reqlamenti)

Pley-off oyunlarının qalibləri dördüncü səpələnmə səbətinə düşəcəklər.

Niyə bəzi yığmalar üçün artıq qruplar bəllidir?

Final mərhələsinə çıxa bilən AVRO-2020-nin meydan sahibləri olan yığmalar avtomatik olaraq öz meydançalarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşəcəklər.

A qrupu: İtaliya, Azərbaycan

B qrupu: Rusiya, Danimarka

C qrupu: Niderland, Rumıniya

D qrupu: İngiltərə, Şotlandiya

E qrupu: İspaniya, İrlandiya

F qrupu: Almaniya, Macarıstan

Əgər qrupdakı hər iki meydan sahibi AVRO-2020-yə çıxsalar, onların görüşünün harada olacağını müəyyən etmək üçün püşk atılacaq. Əgər meydan sahiblərindən hansısa pley-off mərhələsində oynasa, əlavə püşkatmaya da ehtiyac ola bilər.

Final mərhələsi necə keçəcək?

Açılış oyunu Romada iyunun 12-də olacaq və Mərkəzi Avropa vaxtı ilə 21:00-da başlayacaq. Qrup mərhələsi iyunun 24-də başa çatacaq, bir gündə dördədək oyun olacaq. Oyunların vaxtları sonra bildiriləcək; üçüncü turda hər qrupun oyunları eyni vaxtda keçiriləcək. 1/8 finala hər qrupdan iki güclü yığma və dörd üçüncü yer sahibi çıxacaq. Yarımfinallar və final Londonun "Uembli" stadionunda baş tutacaq.

Final mərhələsinin oyunlarının təqvimi

Xəbər lenti
0