Daha bir ölkədə polietilen torbalar qadağan edilir

Abunə olmaq
Plastik qablaşdırmadan imtina məqsədilə ilk addım kimi mağazalarda pulsuz verilən paketlər qadağan ediləcək.

BAKI, 21 sentyabr - Sputnik. Qazaxıstan polietilen paketlərdən 2025-ci ildə imtina edəcək.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, belə bir razılaşma ölkənin hökumət və ətraf mühit təşkilatlarının nümayəndələri tərəfindən bağlanılıb.

Plastik qablaşdırmadan imtina məqsədilə ilk addım kimi mağazalarda pulsuz verilən paketlər qadağan ediləcək.

Bundan sonra polietilen paketlər kassalarda satılacaq.

Dünya təcrübəsinə görə bu addım plastik paketlərə olan tələbatı 3 dəfə azaldıb. Bununla yanaşı, 2025-ci ildə Qazaxıstandakı plastik paketlər kağızla əvəz ediləcək.

Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova və Rusiya parlamentləri plastik vasitələri qadağan edən qanun layihələrini qəbul edib. Gürcüstanda isə aprelin 1-dən plastik paketlərin satışı qadağan edilib.

Xəbər lenti
0