Ermənistan pilotları ən yeni Rusiya qırıcılarında təlim keçir

© Photo : Vadim Savitsky/Russian Defense Ministry Press Service via APРоссийские многоцелевые истребители
Российские многоцелевые истребители - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan Müdafiə Nazirliyi həm nağd pul, həm də kredit vasitəsilə dörd ədəd Rusiya istehsalı "Su-30 SM" qırıcısı alıb. Bir "Su-30 SM" qırıcısının (silahsız) dəyəri təxminən 22 milyon dollardır

 

BAKI, 20 sentyabr — Sputnik. Erməni pilotlar təlimlər keçirlər. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Müdafiə naziri David Tonoyan Rusiyadan "Su-30 SM" qırıcılarının tədarükünə dair məsələni şərh edərkən bildirib.

Су-57 летит над Кремлем во время репетиции военного парада в День Победы в Москве, Россия - Sputnik Azərbaycan
RUSİYA
"Su-57" qırıcısının ifasında mürəkkəb pilotaj fiquru - VİDEO

"Mən bununla bağlı bir neçə dəfə danışmışam. Gəlin ilin sonuna, 2020-ci ilin əvvəlinə kimi gözləyək. Hazırda bizim ekspertlər, pilotlar təlimlər keçirlər", - deyə Tonoyan qeyd edib.

Onun sözlərinə görə, hər şey müqavilə öhdəlikləri çərçivəsində gedir.

Qeyd edək ki, daha əvvəl Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsurun Ovannisyan Sputnik Ermənistan-a bildirmişdi ki, Ermənistan Müdafiə Nazirliyi həm nağd pul, həm də kredit vasitəsilə dörd ədəd Rusiya istehsalı "Su-30 SM" qırıcısı alıb. Bir "Su-30 SM" qırıcısının (silahsız) dəyəri təxminən 22 milyon dollardır.

Xəbər lenti
0