Pakistan "Qəznəvi"ni sınaqdan keçirib

© AFP 2023 / INTER SERVICE PUBLIC RELATIONSИспытания баллистической ракеты Газнави, Пакистан
Испытания баллистической ракеты Газнави, Пакистан - Sputnik Azərbaycan
Abunə olmaq
Sınaqdan keçirilən raket həm adi, həm də nüvə döyüş başlığı ilə təchiz edilə bilər

BAKI, 29 avqust — Sputnik. Pakistan "Qəznəvi" adlı qısamənzilli ballistik raketini sınaqdan keçirib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, raket həm adi, həm də nüvə döyüş başlığı ilə təchiz edilə bilər.

"Bu gün gecə saatlarında Pakistan "yer-yer" sinfinə aid "Qəznəvi" ballistik raketinin uğurlu sınaq buraxılışını həyata keçirib. Raket 290 kilometrədək məsafədə olan hədəfləri vura və müxtəlif döyüş başlıqlarını daşıya bilir" - Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin rəhbəri, general-mayor Asif Qafur "Twitter" paylaşımında bildirib.

Onun sözlərinə görə, Pakistan prezidenti və baş naziri raketin sınağını yüksək qiymətləndiriblər və ölkə vətəndaşlarını bu münasibətlə təbrik ediblər.

Xəbər lenti
0