Bakı bulvarında görüşüb hind rəqslərini ifa etdilər

© Photo : Instagram / elina_smile_officialЭлина Мамедова
Элина Мамедова - Sputnik Azərbaycan
Abunə olmaq
Hind rəqslərinin ifaçısı, Rusiyada yaşayan azərbaycanlı rəqqasə Elina Məmmədova istirahət üçün Bakıya gəlib və pərəstişkarları ilə açıq havada görüş təşkil edib

BAKI, 28 avqust — Sputnik. Hind rəqslərinin ifaçısı, Rusiyada yaşayan azərbaycanlı rəqqasə Elina Məmmədova istirahət üçün Bakıya gəlib. O, burada azərbaycanlı pərəstişkarları üçün fan-görüş təşkil edib.

Elina hər il yayda ailəsi ilə birlikdə doğma vətənə gəlir, amma yalnız bu dəfə fanatları ilə görüşə vaxt tapa bilib.

Məmmədovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, fanatlarla görüş dənizkənarı bulvarda açıq havada baş tutub. O, nəinki pərəstişkarları ilə görüşüb, hətta onlarla birlikdə hind rəqslərini də ifa edib.

"Azərbaycandan olan pərəstişkarlarla görüşmək xoş idi. Onlar çoxdan mənim sosial şəbəkələrdəki səhifələrimi izləyirdilər, amma canlı ünsiyyətimiz ilk dəfə baş tutdu. Onlar da mənim kimi hind rəqslərini ifa etməyi çox sevirlər. Onlara sevgi və dəstəyə görə təşəkkür edirəm! - deyə Elina bildirib.

Elina və Emiliya Məmmədova bacıları öz ailələri ilə birlikdə Rusiyada yaşayırlar. Onların içində ən populyar olanı 8 yaşlı Elinadır. İki il hind filmlərinə baxdıqdan sonra Elinada hind rəqslərinə həvəs oyanıb və o, 5 yaşından Hindistanın milli rəqslərini ifa etməyə başlayıb. Nəticədə Elina Rusiyanın televiziya uşaq istedad şousu olan "Hamıdan yaxşı"da (Luçşe vsex) çıxış edərək geniş auditoriyaya özünün rəqs qabiliyyətini nümayiş etdirib.

Xəbər lenti
0