CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərdə bir sıra vakant vəzifələrə seçim mərhələsi başlayır

© Official website of President of Azerbaijan RepublicBakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbin binası
Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Namizədlər arzu etdikləri vakansiyaları seçdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsi avqustun 26-dan başlayacaq

BAKI, 16 avqust — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya mərhələsinə avqustun 19-dan start veriləcək.

İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər avqustun 23-ü saat 23:59:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Hər bir namizədə 5 yer seçmək hüququ verilir.

Namizədlər arzu etdikləri vakansiyaları seçdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsi avqustun 26-dan başlayacaq.

Qeyd edək ki, BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak edən 1 655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib.

Xəbər lenti
0