CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il ərzində doğulan oğlan uşaqlarının sayı qızlardan çox olub

© Pexels Wayne EvansМладенец
Младенец - Sputnik Azərbaycan
Abunə olmaq
Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1478-i əkiz, 36-sı isə üçəm doğulanlardır

BAKI, 16 avqust — Sputnik. Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 66687 doğulmuş körpə qeydə alınıb. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,6) qalıb.

Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1478-i əkiz, 36-sı isə üçəm doğulanlardır.

Xəbər lenti
0