Müdafiə Nazirliyindən təyyarə qəzasının videosu ilə bağlı - AÇIQLAMA

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidИстребитель МиГ-29
Истребитель МиГ-29 - Sputnik Azərbaycan
Abunə olmaq
Yayılan videogörüntünün heç bir əsası yoxdur və yalandır

BAKI, 26 iyul — Sputnik. Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür.

Bunu Müdafiə Nazirliyindən sosial şəbəkələrdə guya MiQ-29 qırıcısının qəza anını əks etdirən videogörüntünün yayılması barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildiriblər.

Qeyd olunub ki, yayılan videogörüntünün heç bir əsası yoxdur və yalandır.

"Plana uyğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyəti isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq", - deyə nazirliyin açıqlamasında vurğulanıb.

Xəbər lenti
0