Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kirkorov: "Dostum Emin olan yerdə hər şey şən, dadlı və musiqilidir"

© Sputnik / Kemale AliyevaФилипп Киркоров в Баку
Филипп Киркоров в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni ailəsi ilə birlikdə "Jara" festivalında iştirak etmək üçün təyyarə ilə Soçidən Bakıya yollanıb

BAKI, 24 iyul — Sputnik. "Bakı! Jara! Qarşıla! Biz gəlirik!".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Rusiya, Ukrayna, Moldovanın xalq artisti Filipp Kirkorov öz "Instagram" səhifəsində paylaşıb. Müğənni ailəsi ilə birlikdə Jara festivalında iştirak etmək üçün təyyarə ilə Soçidən Bakıya yollanıb. "Biz ailəmizlə musiqi macərası və eksperimenti ardıyca yola düşdük. O yerdəki mənim dostum Emin var orada hər şey şən, dadlı və musiqilidir" - deyə müğənni paylaşımına əlavə edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Филипп Киркоров (@fkirkorov)

Qeyd edək ki, "Jara" musiqi festivalı 25-28 iyul tarixində Bakıda keçiriləcək. Bu mötəbər festivalda Layma Vaykule, Jasmin, Qriqoriy Leps, Loboda, Timati, Serqey Lazarev, Valeriya və digər məşhur müğənnilər iştirak edəcəklər.

Xəbər lenti
0