CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Liseylər şagirdlərlə bağlı qərar verdilər

© Sputnik / Кирилл Каллиников / Mediabanka keçidШкольники во время перемены, архивное фото
Школьники во время перемены, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
567 nəfər müsabiqənin nəticələrinə görə müvəffəq olub

BAKI, 8 iyul — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.

Учебный процесс в одной из бакинских школ - Sputnik Azərbaycan
CƏMİYYƏT
Türkiyə Dəyanət Liseyi qalmaqala aydınlıq gətirdi

İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, valideynlər müsabiqənin nəticələri barədə məlumatı müraciət etdikləri təhsil müəssisələrindən əldə edə bilərlər. Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbulla bağlı müsabiqəyə 1239 şagird qatılıb. Onlardan 567 nəfəri müsabiqənin nəticələrinə görə müvəffəq olub. BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII  siniflərinə qəbul üçün müsabiqədə isə həmin məktəb-liseylər və liseylərlə yanaşı, cari tədris ilində digər ümumi təhsil məktəblərinin VI sinfini əla və yaxşı qiymətlərlə bitirmiş 2046 şagird iştirak edib. Müsabiqədə uğurla iştirak etmiş şagirdlər göstərdikləri nəticələrə uyğun olaraq müvafiq profil sahələləri üzrə lisey siniflərində təhsilini davam etdirmək hüququ qazanıb.

Xəbər lenti
0