Kran çayın bütün balığını məhv elədi

© AP Photo / Silvia IzquierdoМертвая рыба на побережье, фото из архива
Мертвая рыба на побережье, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Deyirlər ki, gəmidə, kranın altında olan insanlar ölüblər"

BAKI, 7 iyul — Sputnik. Tümen yaxınlığındakı Tura çayının böyük bir hissəsində balıqlar məhv olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı çimərliklərində ölü balıqlar sahili "bəzəyir" - səbəb nədir?

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, qaldırıcı kran daşıyan barja yüksək gərginlikli kabeli qırıb. Çaya düşən kabel ətrafdakı bütün balıqların məhvinə səbəb olub.

"Kranın qolu yüksək gərginlikli kabeli qırdı. Məftil Turaya düşdü. Həmin anda bizim əməkdaşlar dəmir körpünün üzərində idilər. Onlar güclü işıq parıltısı gördülər. Sonra isə çayın bütün balıqları üzə çıxdı. Deyirlər ki, gəmidə, kranın altında olan insanlar ölüblər", - keçidin baş direktoru Artur Sulimanov bildirib. 

Rusiya FHN-də insidenti təsdiqləyiblər, qurumun əməkdaşları hadisə yerinə gediblər. İlkin məlumata görə, insanlar arasında da ölənlər var, ancaq hökumət qurumları faktı təsdiqləmirlər.

İstintaq gedir.

Xəbər lenti
0