Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğınla əlaqədar müraciətlərin sayı açıqlandı

© Sputnik / Murad OrujovBakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb
Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Baş toksikoloq 6 ay ərzində yanğınla əlaqədar daxil olan müraciətlərin sayını açıqladı

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Ötən günlər paytaxtın müxtəlif ərazilərində ciddi yanğın hadisələri baş verib. Zığ şosesində fərdi yaşayış evlərinin birində yanğın baş verib. Baş verən hadisə ilə əlaqədar olaraq hadisə yerinə 50 nəfərlik şəxsi heyət və 15 maşın cəlb olunub və yanğın söndürülüb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

Bir neçə saat sonra isə paytaxtın Nəsimi rayonu, 28 May küçəsində yerləşən "Piramida plaza"da yanğın baş verib. Nəticədə 20 sakin təxliyə olunub.

Maraqlıdır, bu ilin 6 ayı ərzində baş verən analoji hadisələrlə əlaqədar olaraq nə qədər zəhərlənmə hadisəsi qeydə alınıb?

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Sputnik Azərbaycan-a açıqlamasında bu barədə məlumat verib: "Ötən gün baş verən yanğın hadisələri ilə əlaqədar olaraq şöbəmizə 3 müraciət daxil olub. Lakin onlar arasında zəhərlənmə faktı qeydə alınmayıb. Ümumilikdə isə bu ilin 6 ayı ərzində yanğınla əlaqədar olaraq 12 müraciət daxil olub. Onlar arasında da zəhərlənmə faktı qeydə alınmayıb".

O bildirib ki, xəstəxanaya müraciət edənlər arasında azyaşlılar olmayıb. Müraciət edən şəxslər isə məsləhət alaraq evə buraxılıblar.

 

Xəbər lenti
0