Türkiyə əməliyyat keçirdi: 34 terrorçu öldürüldü

© twitter / T.C. Millî Savunma BakanlığıTürkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında "Pəncə hərəkatı" əmməliyyatını həyata keçiriblər
Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında Pəncə hərəkatı əmməliyyatını həyata keçiriblər - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə hərbçilərinin ölkənin Diyarbakır – Liçə bölgəsində keçirilən əməliyyatda isə beş nəfər zərərsizləşdirilib

BAKI, 4 iyun — Sputnik. Türkiyəni Hərbi Hava Qüvvələrinin (HHQ) İraqın şimalında həyata keçirdiyi "Pəncə hərəkatı" nəticəsində daha dörd terrorçu məhv edilib.

Türk polisi - Sputnik Azərbaycan
"Qırmızı siyahı" ilə axtarılan terrorçu türk ordusunun "Pəncə"sinə düşdü
  Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyə Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Məlumatda qeyd olunur ki, bununla da "Pəncə hərəkatı" əməliyyatı nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 34-ə çatıb.

Bu arada Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın Avaşin, Zap və Gara bölgələrinə həyata keçirdiyi əməliyyat nəticəsində 4 terrorçu zərərsizləşdirilib. Bundan əlavə aviazərbələr nəticəsində terrorçulara məxsus silah-sursat, gizlənmə yerləri məhv edilib.

Bu arada Türkiyə hərbçilərinin ölkənin Diyarbakır – Liçə bölgəsində keçirilən əməliyyatda isə beş nəfər zərərsizləşdirilib.

Xəbər lenti
0